İsrailin ölkələrin təhlükəsizliyinə təhdid olan atom bombasına sahib olması ilə bağlı Türkiyə BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) təşəbbüslər irəli sürəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrailin atom bombası var. Biz müvafiq orqanlara şikayət etmişik və bunu davam etdiririk. Bütün regionun, o cümlədən Türkiyənin təhlükəsizliyini təhdid edən bu məsələ ilə bağlı həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də təşəbbüslər göstərəcəyik”, - Ərdoğan bildirib.
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi