Bakıda həbsdə olan separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyanın adamı olan Vahan Badasyan Ermənistanda İstintaq Komitəsinə dəvət olunub.
Araikin adamı zorakılığa çağırış maddəsi ilə ittiham olunub. “Joxovurd” qəzeti yazır ki, Badasyan sosial platformalarda Paşinyan hakimiyyətinin güc yolu ilə devrilməsi çağırışı edib.
Badasyan 44 günlük müharibədə separatçıların “Hadrut batalyonu”nun komandiri olub. Araik Arutyunyanın ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə, Ermənistan hakimiyyəti ölkədə çevriliş planlaşdırıldığını düşünür və Badasyanın da bu planda yer almasından şübhələnir.
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio
- “Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
- Bakıda əməliyyat: qadın saxlanıldı - Vİdeo
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq