Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət səbəbindən avqustun 7-10-da 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.
Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı
- Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır
- “Bakı hazırdır, Tbilisi yox...” - Qatarlar niyə artırılmır?
- Bakıda 6 marşrutun hərəkəti sxemi dəyişdirilir
- Aybəniz Xəlilovaya ağır cəza verildi
- Bənizə 10 il 3 ay həbs cəzası verildi
- DİM-dən taksi sürücülərinin imtahanı ilə bağlı məlumat
- Bərdədə açıq sahədə yanğın - Video