Kremldən Bakıya xoş olmayan mesaj

21:38 - 22 Noyabr 2023 - SİYASƏT

 Kremldən Bakıya xoş olmayan mesaj

Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının anlamı nədir? Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, adyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var?

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyadan Ermənistana “humanitar yardım” göndərilməsini şərh edərkən deyib.

O bildirib ki, Qarabağ erməniləri iki aya yaxındır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər:

“Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır. Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidləri itməyib. Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi”.

Qeyd edək ki, Qarabağdan Ermənistana könüllü miqrasiya edən ermənilərin yalnız 1143 nəfəri hazırda yataqxana və sosial evlərdədir, qalan hamısı öz evlərində və yaxud boş mənzillərdə yerləşiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol