Bu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyindən bildirilib.
"Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada "Daşınmaz əmlakın icbari sığortası" deyil, "Əmlakların yanğından və digər risklərdən sığortası" aktualdır. Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər", - deyə açıqlamada qeyd olunub.
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı