2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!