KTMT-nin Minskdə keçirilən sammitində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Putini gözləyərkən qəribə şəkildə əsməsi diqqət çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd olunur ki, bu, Lukaşenkonun səhhətində ciddi problemlər olduğuna dair məlumatları gücləndirib. Adının çəkilməsini istəməyən həkim bildirib ki, Lukaşenkoda “essentsial tremor” (əsmə xəstəliyi) ola bilər.
Politoloq Dmitri Bolkunets isə Lukaşenkonun sağalmaz xəstəliyinin əlamətləri ilə bağlı yeni məlumat verib:
“Bir neçə ay əvvəl Lukaşenkonun baş titrəyişinin irəliləyəcəyini bildirmişdim. Oktyabr ayında o, az qala pilləkənlərdən yıxılacaqdı. Əvvəllər simptomlar o qədər də nəzərəçarpan deyildi. Bu xəstəlik tədricən hərəkət edərək koordinasiyanın itirilməsinə, nitq problemlərinə, iflic və ya qəfil ölümə səbəb olacaq. Bu prosesin geridönüşü yoxdur və çox sürətlə irəliləyir. Belarus Prezidenti sağalmaz xəstədir. O, çəki artımına səbəb olan xüsusi dərmanlarla müalicə olunur”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı