Ermənistanın 29,8 min kvadratkilometr ərazisindən danışanda bura sovet dövründə Azərbaycana məxsus anklavlar daxil deyil.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.
O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır: “Anklavların danışıqlar masasında olub-olmaması ilə bağlı sual var”.
Bununla belə N. Paşinyan qeyd edib ki, Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir. Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!