Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakıda Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüşündə çıxışında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilər azad edilib və tarixi ədalət bərpa olunub:
“Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Əminəm ki, bu quruculuq işləri regional əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”.
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu