Prezidentlərin Azərbaycana səfəri başa çatdı

19:24 - 24 Noyabr 2023 - GÜNDƏM

 Prezidentlərin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

BUTA.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şövkət Mirziyayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Eyni zamanda, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin, eləcə də Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol