Bəzi ukraynalılar sülh naminə əraziləri Rusiyaya verməyə razılaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.
Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski hələ də sülh danışıqlarının strategiyası barədə düşünməyə bilər və bu vəziyyətdə barışığa getməkdən imtina edir, ancaq sorğular göstərir ki, Ukraynada kiçik, lakin daim artan ictimai təbəqə formalaşıb və bu təbəqə sülh naminə Rusiyaya ərazi güzəştlərinin edilə biləcəyi fikrinə gəlib.
Onlar ərazi güzəştlərini sülh üçün ödənilməli olan qaçılmaz qiymət hesab edirlər.
Qeyd edilib ki, gözləntilər şişirdilib, Rusiyanın müdafiə xətti isə lazımi səviyyədə qiymətləndirilməyib:
“Bütün bunların fonunda qışın gəlişi ilə döyüş meydanında hər şey daha da mürəkkəbləşir. Ukrayna üçün problemlərdən biri də ordunun sayı ilə bağlıdır. Rusiya tərəfi yeni çağırışlar sayəsində cəbhə bölgəsinə yeni hərbi birləşmələr gətirməkdə davam edir, Kiyevin isə itkilərini doldurmağa vaxtı yoxdur, muzdluları işə götürmək imkanları da azdır”.
- Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi
- Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…
- İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan
- İlham Əliyev Pekində belə qarşılandı - Video
- İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video
- Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı