Azər Hacıyev Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə director təyin edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
A.Hacıyev bundan öncə Daşkəsən və Samux rayonlarında sözügedən vəzifəni icra edib.
Xatırladaq ki, bir müddət öncə Göygöl rayon DAİM-in direktoru vəzifəsini icra edən Elməddin Əhmədovla Göygöl rayon Baytarlıq İdarəsinin rəisi 62 yaşlı Oqtay Həmidov arasında insident yaşanmışdı.
Nəticədə tərəflər polis şöbəsinə çağırılmışdı. Bu insidentdən sonra hər iki şəxsin işdən azad olunduğu bildirilsə də, rəsmən təsdiqlənməmişdi.
Qeyd edək ki, Elməddin Əhmədov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qohumudur.
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı