Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, Səməd Seyidovun qatılacağı AŞPA-nın Daimi Komitəsinin iclasında Polşada parlament seçkilərinin müşahidəsi ilə bağlı, “Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf”, “Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzularda və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Tədbirdə, həmçinin, Daimi Komitənin növbəti iclaslarının yeri və vaxtı müəyyənləşdiriləcək.
Səfər çərçivəsində Səməd Seyidov qurumun Büro iclasında da iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.
Səfər noyabrın 29-da başa çatacaq.
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?