Gələn il Şuşada ASAN Xidmət Mərkəzi fəaliyyətə başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində ASAN Xidmət Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib:
“Gələn ildən Dövlət Agentliyi Şuşada fəaliyyətə başlayacaq”.
Ü.Mehdiyev bildirib ki, azad olunmuş digər ərazilərdə də ASAN Xidmət mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- Ölkənin Ali Məclisində yeni komissiyalar yaradılacaq
- Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan