Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müxalif “Lelo” partiyasının təklif etdiyi ölkənin “Rusiyadan təmizlənməsi konsepsiyası”nı dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.
“De-russifikasiya hər kəsin etməli olduğu şey olmalıdır və onu gecikdirmək hər hansı ciddi xəstəliyin müalicəsini gecikdirməklə eynidir. Milli bədənimizi ölümlə təhdid edən rus virusu bütün cəmiyyətin toxunulmazlığına və gücünə ehtiyac duyur.
Bu işdə hər kəsin öz cəbhəsi var. Qazanan koalisiya özünün ən yaxşı keyfiyyətlərini, digər partiyalar da öz keyfiyyətlərini göstərməlidir və mən onlara bu məsələdə uğurlar arzulayıram”, - Saakaşvili yazıb.
“Lelo” partiyası Rusiya şirkətlərinə Gürcüstanın dövlət tenderlərində iştirakını qadağan etməyi təklif edib. Müxalifətin təşəbbüsünə görə, bu, Gürcüstanın Qərb tərəfdaşlarının dövləti antirusiya sanksiyalarından yayınmaqda ittiham etməməsi üçün zəruridir.
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?