“Hayastan” Ümumerməni Fondunun ötən gün təşkil etdiyi “Sizin üçün Ermənistan” telemarafonunda 8,4 milyon dollara yaxın vəsait toplanıb.
BUTA.TV xəbər verir ki, bu barədə fondun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.
“Ermənistanda 552 min dollar, Fransada - 3,3 milyon dollar, ABŞ-da - 3,1 milyon dollar, Kanadada - 500 min dollar, Böyük Britaniyada - 450 min dollar, Argentinada - 161 min dollar toplanıb. İanələr həmçinin aşağıdakı ölkələrdən edilib: Hollandiya - 100 min dollar, Braziliya - 92 min dollar, Almaniya - 66 min dollar, İsveçrə - 50 min dollar, Avstraliya - 27 min dollar, Avstriya - 26 min dollar, Rumıniya - 4 min dollar", - məlumatda bildirilib.
Pul yığımı davam edir.
Vəsaitlər Qarabağdan miqrasiya edənlərin həyat şəraitinin yaxşılaşdırılmasına, habelə sərhədyanı qəsəbələrin inkişaf proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, “Biz həyat qabiliyyətli icmalar yaradırıq” adlı əvvəlki telemarafon 24 noyabr 2022-ci ildə baş tutmuş və 11 milyon dollardan çox vəsait toplanmışdı.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı