Əsrin toyu: Bu toya 59 milyon dollar xərcləndi - VİDEO

22:54 - 26 Noyabr 2023 - GÜNDƏM

 Əsrin toyu: Bu toya 59 milyon dollar xərcləndi - VİDEO

Sosial şəbəkələrdə 26 yaşlı amerikalı Madlen Brokvey və Jakob Laqronun toyu müzakirələrə səbəb olub.

BUTA.TV xəbər verir ki, toy şənliyi artıq “əsrin toyu” elan edilib. Medianın hesablamalarına görə, yeni evlənənlər toya 59 milyon dollar xərcləyib. Toy Fransanın paytaxtında baş tutub. Yeni evlənənlər şəxsi təyyarə ilə ABŞ-dan Parisə gəliblər. Dördgünlük mərasimin əsas hissəsi açıq havada, Eyfel qülləsinə baxan şəxsi bağda baş tutub.

Qeyd edək ki, cütlük toy şənliyindən əvvəl Paris Operasında şam yeməyi, “Chanel Haute Couture Suite”də xüsusi şam yeməyi, Versal sarayında gecələmə və Zəfər tağı altında ziyafət təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol