"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir - Tahir İmanov

23:19 - 26 Noyabr 2023 - CƏMİYYƏT

Niyə efirlərdə yoxuq? İstərdim ki, bu sualı ilk olaraq televiziya kanallarının rəhbərlərinə ünvanlayasınız.

Əgər bu sualı mənə verirsinizsə, o zaman deyim ki,  burada 3-4 variant cavab var. Səsləndirəcəyim cavabların arxasında müəyyən arqumentlər də var. Televiziya kanallarının rəhbərləri zənglərə cavab vermirlər. Azərbaycan Televiziyasının (AzTV)-nin rəhbəri Rövşən Məmmədov istisna olmaqla. Rövşən bəy zənglərimizə cavab versə də orada layihəmiz yoxdur.

Bir-iki layihə etməyi istədik, amma başa düşdüm ki, bunu etmək üçün televiziyanın gücü çatmadı. Söylədilər ki, kənardan sponsor tap. İndi isə sponsor tapmaq çox çətin məsələdir. Cavablardan biri də kanallar bizimlə layihə etməyi istəmirlər. Daha bir cavab isə yəqin ki, yumorun etalonunun dəyişməsi ilə əlaqədardır. Yəqin ki, yüz faiz dəyişib. Bu səbəblərdən biz televiziyada yoxuq".

BUTA.TV bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Şən Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.

Sənətçi kanallarda verilişlərinin olmamasının səbəbini televiziya rəhbərlərinin onlara göstərdiyi yad münasibətlə əlaqələndirib:

"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir. "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov və "Space" televiziyasının rəhbəri Vado Karovin (Hər ikisi keçmiş Şən Hazırcavablar Klubu (КVN) üzvləridir) kanalların rəhbər vəzifəsinə gələndə artıq efirlərində yumoristik verilişləri vardı. Onlar formatı dəyişmək istəmədilər. Yaxşı olar ki, onlar özləri bu suallara cavab versinlər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng vurmaq və ya zəli kimi kimdənsə yapışmaq yoxdur, olmayıb da...

Nə məndə, nə qardaşım Cabir İmanovda, nə dəki nəslimizdə... Əgər dərinə getsək, cavab belə olacaq. Bir dəfə deyib, layihə etməyi təklif edirsən... Yəni kim istəsəydi dəvət edərdi. Təbii ki, mənim həm Murad, həm də Vado ilə normal ünsiyyətim var. Hətta bizim konsertlərimiz də o kanallarda artıq yayımlanmır. Problem isə ondadır ki, artıq bizim yaşımız da gedir. Bu işlə də özümü dolandırmıram. Atam hər zaman deyib ki, işin haqda heç kimə heç zaman heç nə danışma. Bəlkə nə zamanda vaxt gələr bu haqda danışaram".

T.İmanov keçmiş "Space " televiziyasının rəhbəri Vaqif Mustafayevin dəfələrlə ona təzyiq etdiyini vurğulayıb.

"İndi çox rahatam. Çünki hər verilişdən sonra ümumi təzyiqləri götürsək, onlar içində zənglər, dəvətlər var idi... Hər dəfə "Space" televiziyasının  keçmiş rəhbəri Vaqif Mustafayev bizi öz otağına dəvət edib, yüksək tonla mənimlə danışırdı. Mən də belə şeyləri sevmirəm. Ona dəfələrlə deyirdim ki, mənimlə belə səs tonu ilə danışmayın, çünki mən sizin işçiniz deyiləm və sairə... O məndən soruşurdu ki, bu zarafat niyə oldu? Bu sözü niyə belə söylədiniz? Bu fikri səsləndirəndə nəyi nəzərdə tuturdunuz? Təsəvvür edin ki, mən Vaqif Mustafayevə zarafatın mahiyyətini izah edirdim.

O, elə adamdır ki, onun öz əsərləri dəfələrdə qadağan olunub. Yəni özü bu kimi hallarla rastlaşan insan bizi o qadağa prosesinin əvvəlində və mənbəyində durmuşdu. O öz əsərlərindəki yumoru kiməsə izah edə bilər, amma mən heç zaman izah etmirəm. Niyə mən 1990-ci illərdə izah etməmişəm, indi etməliyəm ki? Bəs mənə deməzlər ki, nə oldu Tahir kimdənsə qorxdu? Kimdən qorxdunuz? Niyə o zamanlar izah etmirdiniz amma indi edirsiniz?

Düşünmürəm ki, indi prinsipləri dəyişmək vaxtıdır. Burada sadəcə başqa məqsəd durur. İstəyirlər biz hazırıq, istəmirlərsə öpürəm, Allah can sağlığı versin və işlərində uğurlar".

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol