Rusiya öz müttəfiqlərinin köməyi ilə silah istehsalını artırmağa və texnoloji cəhətdən təkmilləşdirməyə davam edərsə, müharibə yenidən ölkəmizin şərqindən və cənubundan kənara çıxa bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev deyib.
"Biz başa düşürük ki, indi resurslar müharibəsi gedir. Rusiya öz resurslarını şər oxunun köməyi ilə alır - bu Şimali Koreya və İrandır. Biz isə tərəfdaşlarımızın köməyi ilə onlardan hava hücumundan müdafiə sistemləri alaraq Rusiya və onun resurslarına qarşı dururuq.
Başa düşməliyik ki, yardımların kəsilməsi həqiqətən müdafiə imkanlarımıza zərbə vuracaq. Əlimizdə olanla mübarizə aparmalı olacağıq”, - deyə o bildirib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı