Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tiflisin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır. İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib, Gürcüstandan tranzit rolundan imtina etməsi, yaxud ən azı Ermənistanın hərbi gücünü artıra biləcək, eləcə də təhlükə yaradacaq hücum silahlarının keçidinə icazə verilməməsi istənilib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, regional təhlükəsizlik məsələlərində Bakı və Ankara ilə müttəfiqlik edən Tiflisin bunu qəbul edəcəyi mümkün görünür:
“Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları Azərbaycan üçün təhlükə yaratmır. Bu baxımdan, rəsmi Bakı Avropa Birliyindən müəyyən gözləntiləri olan Tiflisin bu addımını anlayışla qarşılayıb. Lakin Ermənistanı silahlandırmağa davam edəcək Fransanın perspektivdə ağır hərbi texnikanı da Gürcüstan üzərindən keçirmək istəyəcəyi bəllidir. Bakı və Ankara Tiflisdən bunun olmamasını istəyir”.
- Azərbaycan nümayəndə heyəti İrəvanda
 - Ermənistan Azərbaycan vasitəsilə bu ölkələrə açılır
 - Əsas çətinlik yeni reallıqla barışmaqdadır
 - Xıdır Rəhmanov və xanımı Moskvada narkotiklə saxlanıldı
 - Bakıda hərbi paradda yeni Rusiya silahı?.. - İddia yayıldı
 - Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası... - Video
 - Paşinyan açıqladı: Rusiya bundan sonra...
 - Ermənilərin Qarabağa qayıtması riskdir - Paşinyan