Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycanın Türkiyədəki səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.
“Bir neçə il bundan əvvəl, qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər. Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır”, - məlumatda qeyd edilib.
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir
- Zəfər Günü parad saat neçədə başlayacaq?
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı