Qarabağda qandallanaraq, Bakıya gətirilən separatçı-terrorçu rejimin keçmiş “rəhbərləri” haqda yeni iddialar yayılıb.
Ermənistan mediası Araik Arutyunyanın, Arkadi Qukasyanın və Bako Saakyanın Qarabağdan Ermənistana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanla mütəmadi olaraq əlaqə saxladığını yazır. Bu iddianı İrəvana qaçmış separatçıların qondarma “deputatı” olaraq göstərilən Davit Qalstyan irəli sürüb.
“Məhkumlarımız mütəmadi olaraq təkcə ailələri ilə deyil, həm də (qondarma) “artsax prezidenti” ilə əlaqə saxlayırlar. Bildirirlər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”, - Qalstyan bildirib.
Bu iddianın absurd olduğu aydındır. Çünki həbs edilən separatçıların ailələri ilə əlaqə yaratmasından tutmuş bütün digər hüquqları təmin edilsə də, onların özünü ləğv edilmiş qondarma rejimin “rəhbəri” kimi təqdim edən və Qarabağla bağlı iddiaları saxlayan Şahramanyanla əlaqə yaratmasına icazə verilməməlidir. Qalstyanın iddiası daha çox Şahramanyanı “rəhbər” kimi göstərmək məqsədi daşıyır. Bu, Ermənistana qaçan separatçılar arasındakı qarşıdurma fonunda təsadüfi deyil və bu iddiaların Şahramanyanın yeni planı olduğu da istisna deyil. Bununla nümayiş etdirir ki, “keçmiş rəhbərlər” onu “başçı” kimi qəbul edirlər.
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi