İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

14:08 - 3 Dekabr 2023 - GÜNDƏM

 İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

"Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər.

BUTA.TV xəbər verir ki, bunu gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Report-a açıqlamasında deyib.

“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq:

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

"Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq".

Politoloq qeyd edib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq:

“Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol