Şəmkirdə yol kənarında kişi meyiti tapıldı

21:36 - 3 Dekabr 2023 - GÜNDƏM

 Şəmkirdə yol kənarında kişi meyiti tapıldı

Şəmkir rayonunda yol kənarında, “3 yol” deyilən ərazidə naməlum kişi meyiti tapılıb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, üzərində xəsarətlər olan meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə aparılıb.

Onun şəxsiyyəti hələ məlum deyil. İlkin ehtimala görə, həmin şəxs avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol