Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətməsi də məlum olub. Polis əməkdaşları S.Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu