“Hayastan-1” peyki İrəvana hansı üstünlüklər verir?

14:26 - 4 Dekabr 2023 - GÜNDƏM

 “Hayastan-1” peyki İrəvana hansı üstünlüklər verir?

Ermənistanın kosmosa buraxdığı "Hayasat-1" yerli peykinin hər hansı funksionallığı və ya xüsusi təyinatı yoxdur.

Bunu BUTA.TV-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, çəkisi 1 kiloqram olan peykin Ermənistan üçün heç bir faydası olmayacaq:

“Burada əsas diqqət çəkən məqam peykin yerli istehsal olmasıdır. Bu peyk vasitəsi ilə nə izləmə, nə də hər hansı müşahidə aparmaq olacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

O.Gündüz əlavə edib ki, idarə edilməsi ermənilərdə olsa da, peyk heç bir əlavə və ya xüsusi imkanalara da malik deyil:

“Ermənilər bu peyki kosmosa buraxmaqla bir növ özlərinin qüvvə və potensiallarını test etmək istəyirlər. Buna görə də peykin idarə olunması Ermənistan tərəfindən həyata keçiriləcək”.

Məlumat üçün bildirək ki, dekabrın 1-i saat 21:00-da Kaliforniyada yerləşən “Vandenberq” bazasından Ermənistanın ilk yerli peyki olan “Hayasat-1” kosmosa buraxılıb. Peysk artıq Yerə siqnallar ötürür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol