Rusiya şirkətlərinin 85%-də kadr çatışmazlığı var.
BUTA.TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Bildirilib ki, il ərzində işəgötürənlər tərəfindən dərc edilən vakansiyaların sayı 57%-dən çox artıb, işçilər haqqında məlumatlar isə daha da azalıb. Nəticədə vakant yerlər üçün rəqabət 34% azalıb və kadrların işə qəbulu nəzərəçarpacaq dərəcədə çətinləşib.
Agentliyin məlumatına görə, fəhlələr, mühəndislər, yük maşını sürücüləri və ixtisaslı işçilər çatışmazlığı lap çoxdur. Bundan əlavə, sənaye müəssisələri də fəal şəkildə yeni işçilər axtarırlar.
“SuperJob” analitik mərkəzinin məlumatında isə qeyd olunub ki, Rusiyanın işçü qüvvəsi qocalmaqda davam edir:
“Son ildə işçilərin orta yaş həddi 2-3 il artıb. Məsələn, yük maşını sürücülərinin yaşı həddi 42-dən 44-ə, fəhlələrin yaş həddi isə 32-dən 35-ə qalxıb”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı