Rusiya Avropanı işğala hazırlaşır - NATO generalı

08:32 - 5 Dekabr 2023 - DÜNYA

 Rusiya Avropanı işğala hazırlaşır - NATO generalı

Rusiya Avropa regionu üçün əsas təhlükə mənbəyidir və o, indi öz imkanlarını artırır.

BUTA.TV xəbər verir ki, bunu NATO-nun şimal-şərqdəki çoxmillətli korpusunun komandiri, general-leytenant Yurgen-Yoahim fon Sandrart deyib.

Onun sözlərinə görə, Ukraynanın məhvinə çalışmasına baxmayaraq, Rusiya artıq NATO ilə, ilk növbədə Baltik dənizi regionunda qarşıdurmaya yönəlmiş hərbi-iqtisadi potensialını bərpa etməyə başlayıb.

"Ancaq bundan hansı nəticələr çıxaracağımız vacibdir. Yalnız PUA-lar və hava hücumundan müdafiə vasitələri almaqla özünüzü Rusiyadan qoruya biləcəyinizə inanmaq düzgün deyil. Birləşmiş quru, dəniz, hava, kiberaktivlər və imkanlar və s. hələ də döyüş meydanının açarıdır”, - deyə general bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol