Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BUTA.TV-ın Azərtac-a istinadən məlumatına görə, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Əliyeva Samirə Elxan qızından əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.
“Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq - 2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi