Azərtac-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.
BUTA.TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.
Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.
Dayısı oğlu 13 yaşlı qızı zorladı, qız hamilə qaldı - Azərbaycanda RƏZİLLİK
“Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, - bəyanatda qeyd olunub.
- Ukrayna Qərbdən asılılığını bu cür azaldır
- Qarabağ Universitetində ilk dərs günü - Video
- YAP-ın MM-in sədri postuna namizədi müəyyənləşdi
- Silahla ehtiyatsız davranan leytenant həlak oldu
- Putinin nüvə hədəsi puç oldu - yeni "alət" lazımdır
- İsrail bu ölkəni işğal edəcək: quru əməliyyatı hazırlanır
- Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
- “Laçında gecəsi 100 manata kirayədə qaldıq, ev sahibi isə...” - Aqil Abbas