“İnter Mayami” və futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi “Taym” jurnalının versiyasına əsasən ilin idmançısı seçilib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat jurnalın saytında yerləşdirilib.
2022-ci ilin sonunda hücumçu milli komandasına Qətərdə Dünya Kubokunu qazanmağa kömək edib və turnirin ən yaxşı oyunçusu seçilib. Bu yay Şimali Amerikanın Əsas Futbol Liqasında (MLS) "İnter Mayami" klubu ilə müqavilə bağlayıb və klubda Liqalar Kubokunu qazanıb. Bundan əlavə, 2023-cü ildə argentinalı hücumçu "PSJ" klubunda Fransa çempionu olub.
Messi daha əvvəl "FourFourTwo"-nun versiyasına görə, XXI əsrin ən yaxşı futbolçusu seçilib. İkinci yerdə "əl-Nəsra" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu qərarlaşıb.
Oktyabrın 30-da Messi futbol karyerasında səkkizinci dəfə "Qızıl top"un sahibi olub. O, daha əvvəl bu mükafatı 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə əldə edib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video