Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Pastinfo” qəzeti məlumat yayıb.
Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.
Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.
Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
- Bakıda bu parkinqlər 22 noyabra qədər ləğv edildi
- Bakının girişində postlar quruldu - Video
- COP30 hansı ölkədə keçiriləcək?
- Bakı-Sumqayıt qatarında niyə yubanma olub? - Səbəb
- "Azercell" və Cüdo Federasiyası “İlin markası” seçildi - Foto
- Ölkə ərazisində 111 min 111 ağac əkildi - Foto
- Qarabağda son bir həftədə nə qədər mina tapılıb?
- Balasanyan və dəstəsi belə diz çökdürülüb - Video