Ermənistan XİN rəhbəri Ararat Mirzoyan danışıqları pozmaqla məşğuldur. Mirzoyan çox yaxşı bilir ki, Qranada görüşü Azərbaycan tərəfindən rədd edilib, Prezident Əliyev o görüşə getməyib. Orada qəbul edilmiş qərarlar rəsmi Bakı tərəfindən təsdiqlənməyibsə, hansı “Qranada prinsipləri”ndən söhbət gedə bilər?
Bu sözləri BUTA.TV-a politoloq Zaur Məmmədov Ararat Mirzoyanın “Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır” sözlərini şərh edərkən deyib.
O bildirib ki, “Qranada prinsipləri” Azərbaycan üçün məqbul deyil:
“Danışıqlar Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında gedir və əlavə olaraq Azərbaycanın bu məsələ ilə bağlı bəyanatları var. Prezident İlham Əliyev bildirib ki, Ermənistan zəmanət verməlidir ki, sabah Azərbaycan əraziləri ilə bağlı başqa cür düşünməyəcək. Ümumiyyətlə, məsələlərə baxış bucağı ilə bağlı ermənilərin əlavələri varsa, onda mütləq şəkildə bu, qarşılıqlı olmalıdır. Gözlənilən odur ki, bəzi xarici dairələrdən Ermənistan hakimiyyətinə təzyiq elemenetləri artacaq. Bu təzyiqlər fonunda sülh müqaviləsinə hazırda yaxın olan Ermənistanın sənədə imza atıb-atmayacağını görəcəyik”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?