Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?
Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla BUTA.TV-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.
“Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir”, - deyə həkim bildirib.
A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:
Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
“Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir