Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy İrəvanın Moskvadan uzaqlaşmasının nəticələri barədə xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Rusiya-Ermənistan ilk ictimai forumunun açılışında deyib.
Parlamentari Ermənistanı Rusiyadan əldə edə biləcəyi hər şeyi Avropadan almağa çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb:
“Qarabağda son müharibə gedəndə mənim kabinetim sözün əsl mənasında hər gün Ermənistan parlamentinin deputatları ilə dolu olurdu və onlar deyirdilər: “Xahiş edirik, nəsə edin, zəng edin, Rusiya prezidentinə deyin, müharibəni dayandırın! Oğlanlarımız ölür, cəbhədən tabutlarla gətirilirlər”. Bu gün isə həmin deputatlar artıq yoxdur, ümumiyyətlə, heç kim yoxdur. Xatırladım ki, o zaman qanlı müharibəni dayandıran Rusiya Prezidenti Vladimir Putin olub”.
- Bu yerlərdə qiymətlər 15% qalxacaq - Video
- Ət bazarında bahalaşma riski - Video
- Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib
- Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - Yenilənib
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi