İşğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.
Jurnalistlər əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissəsinə gəliblər. Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. Sonra media nümayəndələri əllə və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər.
Görüntüləri təqdim edirik:
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video
- İlin toyuna geri sayım başladı - Messi də orada olacaq
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama
- İcbari sığorta ilə bağlı yeni qaydalar təsdiqləndi