İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan prokurorluq əməkdaşlarının görüşünün nəticəsinə istinadən deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Səfirliyin açılması üçün yol xəritəsinin əsas iki bəndi bəllidir: səfirliyimizə hücum edən terrorçu məhkəmədə layiqli cəzasını aldıqdan və Tehranda saxta ittihamla həbs edilən tələbəmiz vətəninə qaytarıldıqdan sonra Azərbaycanın İrandakı səfirliyinin açılması həll olunacaq. Heç bir ölkə qonşuluğundakı səfirliyinin qapadılmasını istəməz. Azərbaycan da səfirliyin fəaliyyətə başlamasını istəyir. Ancaq Tehran zəruri addımlar atmadığı üşün məsələ uzanır və belə bir təəssürat yaranır ki, İrandakı dairələrin bir qismi Azərbaycanın səfirliyinin açılmasında maraqlı deyillər”, - o bildirib.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir