Növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirildi, amma bu o demək deyil ki, növbəti seçkilər 2025-ci ilin fevral ayında keçirilməlidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında hüquqşünas Çingiz Qənizadə deyib.
“Konstitusiyanın 98-ci maddəsində qeyd olunur ki, növbədənkənar parlament seçkiləri keçirildikdə deputatların səlahiyyət müddəti 5 ildən az ola bilər. Həmin maddədə göstərilir ki, seçkilər beş ildən bir noyabr ayının 1-ci bazar günündə keçirilir. Digər tərəfdən, qanuna görə, parlament seçkiləri irəli çəkilə bilər, ancaq ertələnə bilməz. Başqa sözlə desək, əgər 5 il müddətinin tamam olmasını gözləsək, onda seçki Konstitusiyaya görə 2025-ci ilin noyabrında keçirilməlidir. Bu isə parlamentin səhaliyyət müddətinin uzadılması deməkdir ki, buna da heç bir hərbi, fövqəladə səbəb yoxdur. Buna görə də Azərbaycanda parlament seçkilərinin 2024-cü ilin noyabrında keçiriləcəyini gözləmək olar”, - o bildirib.
Ç.Qənizadə vurğulayıb ki, hətta parlament seçkilərinin noyabrdan da tez keçirilməsi mümkündür:
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
“Prezident seçkiləri növbədənkənar olduğuna görə, 2024-cü ildə yeni dövr başlayacaq və yeni parlamentin də daha tez yaranmasına ehtiyac olacaq. Ola bilər ki, parlament seçkiləri bir az da qabağa çəkilsin. Bunu da zaman göstərəcək. Bu məsələlərə toxunmadan qeyd etmək istəyirəm ki, parlament seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq, yəni 5 ildən sonra yox, 5-ci ilin – 2024-cü ilin noyabrın 3-də keçiriləcək”.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək