Ronaldo bombardirlər siyahısına başçılıq edir

01:32 - 27 Dekabr 2023 - İDMAN

 Ronaldo bombardirlər siyahısına başçılıq edir

Səudiyyənin “Əl-Nəsr” və Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo 2023-cü ilin bombardiri yarışında birinci yeri tutub.

BUTA.TV xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunun "Əl-İttihad"la səfər matçında dubl sayəsində bacarıb. Görüş "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

38 yaşlı Ronaldo il ərzində vurduğu qolların sayını 53-ə çatdırıb və hərəsi 52 qol vuran fransalı PSJ-nin hücumçusu Kilian Mbappe və İngiltərənin “Bavariya” klubunun hücumçusu Harri Keyni geridə qoyub.

Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 17 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda mühüm forum keçirilir

Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top”un sahibidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol