Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib.
BUTA.TV xəbər verir ki, təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib.
Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb.
64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.
Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi