Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olan Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.
İmperatoru təbrik etmək Yaponiyada Yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından qarşılayır.
Qeyd edək ki, Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib. Nəticədə 4 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib