Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin ümumi sahəsi 12kv.m. olan mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30kv.m sahədə yanıb.
Xəsarət alan olmayıb.
Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı
- Qaxda iki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı