Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Ekonomist”ə (The Economist) müsahibəsində deyib.
“Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə vacibdir. “Taurus” raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər”, - Zelenski bildirib.
Zelenski quru müharibəsinin problemlərini də açıqlayıb:
“Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini - Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır”.
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib