Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.
BUTA.TV MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.
Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasına namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.
Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...