Türkiyə hökuməti HƏMAS-ın yüksək rütbəli rəsmilərinə və İrandakı hədəflərə hücumlar nəticəsində yaranan hərbi eskalasiya fonunda İsrail və HƏMAS arasında davam edən müharibənin Yaxın Şərqə potensial yayılması ilə bağlı artan narahatlığını ifadə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 3-də Ankarada media bürolarının rəhbərləri ilə görüşündə deyib.
“Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar çoxdan xəbərdar etdiyimiz bölgədəki eskalasiyanın miqyasını nümayiş etdirir. Müharibənin regiona yayılması ciddi risk yaradır. Bildiyiniz kimi, Fələstin məsələsindən asılı olmayaraq, bəzi region ölkələrinin Qərb və ABŞ ilə müxtəlif problemləri var. Bu, çoxölçülü münaqişədir və zaman-zaman kəşfiyyat sferasından silahlı münaqişəyə çevrilir”, - deyə Fidan bildirib.
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...