İranda baş verən terror aktı Qərb siyasətinin regionda yaratdığı xaosun nəticəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev RİA-ya açıqlamasında deyib.
“Mövcud Qərb siyasəti regionda idarəolunmaz xaosa gətirib çıxarır. Xaos isə terror aktları üçün bir məkandır. Bunun nəticəsi İranda terror aktıdır... Yaxın Şərqdə və xüsusən də İranda aktiv təxribatlar terrorçuluğun yenidən başlamasından, regionda qeyri-sabitliyin yaratdığı terror fəaliyyətinin yeni raundundan başqa bir şey deyil”, - o bildirib.
Onun sözlərinə görə, əvvəllər Suriyada terror dövlətinin yaradılmasının qarşısını alan Rusiya dünyaya “ciddi terror təzahürlərini uzun müddət unutmaq” imkanı verib:
“ABŞ-ın, İsrailin və onların Yaxın Şərqdəki müttəfiqlərinin siyasəti yeni terror dövləti yaratmaq istəyən və müharibənin Yaxın Şərqə yayılması riski doğuran beynəlxalq terrorizmə imkanlar tanıyır”.
- Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
- DYP-dən sürücülərə müraciət
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar