15 yaşlı qız eyvandan yıxıldı, təcili yardım gəlmədi

16:02 - 4 Yanvar 2024 - GÜNDƏM

 15 yaşlı qız eyvandan yıxıldı, təcili yardım gəlmədi

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.

BUTA.TV xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək:

“Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasına və bundan sonra təcili yardım çağırılmasına rəğmən heç kimin gəlmədiyi bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol