Con Hopkins Universitetinin alimləri hələ ki, dağınıq sklerozun müalicəsinin D vitamini ilə mümkünlüyünü araşdırıb.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, yüksək doza D vitamini qəbulu dağınıq sklerozun müalicəsində effektiv metod ola bilər.
Çünki günəş işığı defisiti bu xəstəliyi artırır. Qanda bu vitamini az olan pasiyentlər daha çox əlilliyə səbəb olan nevroloji problemlərlə üzləşir. Tədqiqat zamanı 40 skleroz xəstəsinə 6 ay hər gün 10 min vahid doza vitamin D verilib. Digər qrupa isə gündəlik norma 800 vahid verilib. Məhz birinci qrupda T immun hüceyrələrin azalması müşahidə olunub. İkinci qrupda dəyişiklik olmayıb. Yüksək doza D vitamini qəbulunun əks təsiri minimal olub. D vitamini gün işığında, pendir, yumurta və balıq yağında var.
- Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi
- Erik Ceykobs Bakıya gəldi
- Pezeşkiana azərbaycanca yazılan məktub – İran “qarışdı”
- Rusiyanın təbii ölümü sürətləndi: miqrantlar da incidilir...
- Mehriban Əliyeva Almaniyanın birinci xanımı ilə görüşdü
- Aprel döyüşlərindən yeni kadrlar yayıldı - Video
- Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA BAŞLADI
- Ştaynmayer və xanımı Şəhidlər xiyabanını ziyarət etdi