UEFA Çempionlar Liqasının “Orhus” (Daninarka) - “Sabah” (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.
“BUTA.TV” xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında matçın yayımı üçün Danimarkada olan İTV-nin jurnalisti Kənan Hakimov məlumat yayıb.
Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları stadiona gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün bildirək ki, ”Orhus” klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını “Randers” stadionunda keçirilir.
***
“Sabah” klubu isə yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.
***
Matç start götürdü.
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video
- Azərbaycanda ən populyar mobil telefonlar
- “Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
- “Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib
- Bakı metrosunda 10 yeni stansiya - Sərnişinləri nələr gözləyir?
- Sinq hind kəşfiyyatının hədəfində: Qanlı sui-qəsd planı...
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!