Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü

23:24 - 5 Avqust 2026 - GÜNDƏM

 Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü

Bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Tiflis Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub.

"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tiflis qatarı Tiflis Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı", - məlumatda qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol